Təsvir
- Təmir-tikinti və layihələndirmə strategiyasını hazırlamaq və icra etmək
- Yeni mağazaların açılışı, mövcud mağazaların renovasiyası və rebrendinq layihələrini idarə etmək
- Layihə büdcələrinin hazırlanması, təsdiqi və icrasına nəzarət etmək
- Xərclərin optimallaşdırılması və effektiv resurs idarəçiliyini icra etmək
- Layihələndirmə, smeta, tender və satınalma proseslərinin koordinasiyasını icra etmək
- Təmir-tikinti və layihələndirmə işləri üzrə hazırlanmış smetaların yoxlamaq və təsdiq etmək
- Podratçı və subpodratçıların seçimi, işinə nəzarət və qiymətləndirilməsini etmək
- Layihələrin texniki standartlara, təhlükəsizlik və normativ tələblərə uyğunluğunu təmin etmək
- Layihələr üzrə tikinti və təmir işlərinin vaxt qrafikinə uyğun icrasına nəzarət etmək
- Mağazalarda istifadə üçün alınan avadanlıqlar üzrə texniki rəyin verilməsi və uyğunluğunu qiymətləndirmək
- Digər aidiyyatı strukturlarla effektiv əməkdaşlıq və koordinasiyanın qurulması
- Departament əməkdaşlarının idarə olunması, inkişafı və performansının qiymətləndirilməsi
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər
- Ali təhsil (tikinti/memarlıq və ya əlaqəli sahə)
- Təmir-tikinti və layihələndirmə sahəsində minimum 7 il iş təcrübəsi
- Retail / FMCG / şəbəkə mağazalar üzrə layihələrdə təcrübə - üstünlükdür
- Layihə idarəetməsi, büdcə və komanda rəhbərliyi üzrə güclü bacarıqlar
- Tikinti norma və standartlarını yaxşı bilmək
- AutoCAD, MS Office proqramları ilə işləmə bacarığı
- Analitik düşüncə, planlama və problem həll etmə bacarığı
- Liderlik, ünsiyyət və danışıqlar aparma bacarıqları
- Azərbaycan dili – səlis, ingilis dili – üstünlükdür
İş qrafiki: 5 gün; 09:00-18:00
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Parking və yanacaq xərcləri
- Könüllü tibbi sığorta
- Mobil danışıq limiti və digər imtiyazlar
- Korporativ Mühit
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.