Təsvir
- Tikinti proseslərinə nəzarət etmək məqsədi ilə ərazilərə səfərlər etmək, görülən işlərin gedişatını yoxlamaq və yazılı rəy hazırlamaq.
- Smeta və Forma 2 sənədlərini müqayisə edərək fərqləri müəyyənləşdirmək və doğruluğunu yoxlamaq.
- İcra olunmuş təmir-tikinti işlərini inşaat mühəndislərindən qəbul etmək, uyğunsuzluq aşkar edilərsə qüsur aktı tərtib etmək.
- Uyğunsuzluqlar barədə operativ şəkildə rəhbərliyə məlumat vermək.
- Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisin tapşırıqlarını icra etmək və mütəmadi hesabatlar təqdim etmək.
Tələblər
- Ali təhsil (Tikinti, İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə).
- Minimum 2 il iş təcrübəsi (tikinti və ya təmir sahəsində)
- Forma 2 sənədləri və smeta tərtibatında praktiki bacarıqlar
- Tikinti prosesləri və materialları üzrə nəzəri və praktiki biliklər
- Məsuliyyətli, analitik düşüncəli və operativ qərarvermə bacarığı
- Şəxsi avtomobili olması üstünlükdür.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Yanacaq və Amortizasiya xərcləri
- Nahar təminatı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.