Vəzifə öhdəlikləri:
- Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisin təlimatların icrası və hesabatlar vermək
- Tikinti prosesinə nəzarət məqsədi ilə ərazilərə səfərlər etmək, işin gedişatını nəzərdən keçirmək və rəy tərtib etmək
- Sərf olunan materialların keyfiyyətinin tələb olunan səviyyədə olub-olmamasını yoxlamaq və bu baradə forma 2 sənədinin xüsusi xanasında rəy qeyd etmək
- Smeta və forma 2 sənədi arasında fərqləri müəyyən etmək və doğruluğunu yoxlamaq
- İcra olunmuş təmir-tikinti işlərinin inşaat mühəndislərindən təhvil almaq və uyğunsuzluqlar aşkar olunduğu halda qüsur aktını tərtib etmək
- Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materiallarını tikinti anbarına qaytarılmasına nəzarət etmək
- Uyğunsuzluq aşkar edildikdə bu barədə tabe olduğu rəhbərliyə operativ məlumat vermək
Namizədə dair tələblər
- Təhsil səviyyəsi:Ali (İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
- Kompüter bilikləri: MS Office, Autocad
- Müasir tikinti norma və qaydalarını bilmək
- Şəxsi Avtomobil olması üstünlükdür
- İşi planlama, Detallara diqqət yetirmək bacarığı
- Ünsiyyət və komandada işləmək bacarıqları
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Yanacaq Kartı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təmir-tikintiyə nəzarət üzrə aparıcı mühəndis" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır/