Vəzifə öhdəlikləri
- Şöbənin fəaliyyət istiqamətləri üzrə işini təşkil etmək,işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
- Şöbə işçilərinə verilən tapşırıqları yerinə yetirmək üçün iş bölgüsünü həyata keçirmək
- Komandanın idarə olunması,fərdi iş fəaliyyəti və texniki bacarıqların inkişafı planını hazırlamaq
- Cəlb olunduğu IT layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya etmək
- Fəaliyyət göstərən bütün ofis və filiallarda istifadə olunan IT resurslarının fasiləsiz texniki dəstəklə təmin olunmasını izləmək və nəzarət altında saxlamaq
- Yeni iş yerlərində proqram təminatının sazlanması,kompüter və əlaqədar periferik avadanlıqların quraşdırılması işlərinə nəzarət etmək
- Şöbəyə daxil olan müraciətlər əsasında IT xidmətlər kataloqunun təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermək
Namizədə dair tələblər
- Təhsil səviyyəsi: Ali (İT üzrə təhsili olan və sahə üzrə beynəlxalq sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
- Dil bilikləri: Rus dili biliyinin olması üstünlükdür
- Kompüter bilikləri: MS Office, Verilənlər bazaları və VB-nin idarəetmə sistemləri
- Əməliyyat sistemləri, proqram təminatları, şəbəkə texnologiyaları üzrə bilik və bacarıqlar
- Strateji düşünmə və analitik təhlil, planlaşdırma bacarığı
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Texniki Dəstək Şöbə Müdiri " yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.