Təsvir
- Şirkətə məxsus printer, POS kassa, UPS, notebook, PC və digər IT/kassa avadanlıqlarının texniki diaqnostikasını və təmirini həyata keçirmək;
- Təmirə daxil olan avadanlıqlarda yaranmış nasazlıqları aşkarlamaq, sıradan çıxmış hissələri müəyyən edərək onların yenilənməsini və ya bərpasını təmin etmək;
- Elektron sxemlər, platalar və komponentlər üzərində texniki işləmələr aparmaq, zəruri hallarda lehmləmə və mikrolehimləmə işlərini yerinə yetirmək;
- Windows əməliyyat sisteminin yazılması və yenidən qurulması, sürücülərin və zəruri proqram təminatlarının (Office, antivirus, POS proqramları və s.) quraşdırılmasını təmin etmək;
- Texniki servis prosesləri üzrə hesabatlar hazırlamaq, təmir nəticələrini sənədləşdirmək və texniki təhlillər aparmaq;
- Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək texniki dəstək göstərmək və komanda işi çərçivəsində fəaliyyət göstərmək.
Tələblər
- Ali Təhsil (Elektronika, informasiya texnologiyaları,Kompüter Elmləri)
- IT avadanlıqlarının (printer, POS kassa, UPS, notebook, PC və s.) diaqnostika və təmiri sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Elektron sxemlər, platalar və komponentlər üzrə praktiki biliklər;
- Lehmləmə və mikrolehimləmə işləri üzrə praktiki bacarıqlar;
- Test və ölçü cihazları (multimetr, test cihazları və s.) ilə işləmək bacarığı;
- Windows əməliyyat sisteminin qurulması, sürücülərin və proqram təminatlarının (Office, antivirus, POS proqramları və s.) yüklənməsi üzrə biliklər;
- Texniki nasazlıqları operativ və düzgün analiz etmək, problem həll etmə bacarığı;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.