OBA marketlər şəbəkəsi OBA marketlər şəbəkəsi
  • 393
OBA marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

Multiline Retail

Vergi İşləri üzrə Şöbə Müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vergi İşləri üzrə Şöbə Müdiri

  • Истекает 23 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təklif etdiyimiz:

  • Rəqabətli əmək haqqı və performansa əsaslanan bonus sistemi
  • Gündəlik nahar təminatı və korporativ mobil nömrə ilə danışıq limiti
  • Servis xidməti,  şəxsi avtomobil üçün parkinq yeri və  yanacaq kartı
  • Könüllü tibbi sığorta və Push30 platformasına giriş
  • Strateji səviyyəli rol və karyera yüksəlişi üçün real perspektivlər

Vəzifə öhdəlikləri

  • Şirkətin fəaliyyətinə uyğun olaraq vergi strategiyasını formalaşdırmaq və həyata keçirmək, vergi risklərini idarə etmək;
  • Vergi qanunvericiliyinə uyğun olaraq Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV və Mənfəət bəyannamələrinin vaxtında, düzgün və tam şəkildə hazırlanmasını təmin etmək;
  • Vergi orqanları və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaları, yoxlamaları və məlumat mübadiləsini idarə etmək
  • Debitor və kreditor borclar üzrə uçotu təşkil etmək, qarşılıqlı üzləşmələri həyata keçirmək və hesabatlılığı təmin etmək
  • Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək və bu dəyişikliklərin daxili proseslərə tətbiqi ilə bağlı təkliflər hazırlamaq
  • Audit yoxlamaları üçün vergi hesabatlarının və sənədlərin hazırlanmasını təşkil etmək, uyğunluq risklərini minimuma endirmək və bu proseslərə nəzarət etmək

  Namizədə dair tələblər

  • Təhsil: Ali (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
  • Təcrübə: Müvafiq sahədə minimum 4 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə fəaliyyət mütləqdir;
  • Sertifikat: PMS – Orta və iri sahibkarlıq fəaliyyəti üzrə sertifikat arzuolunandır;
  • Vergi, gömrük, mülki və əlaqəli qanunvericilik üzrə biliklər;
  • Yüksək səviyyədə analitik düşüncə və təhlil bacarığı;
  • Detallara diqqət, dəqiqlik, məsuliyyətlilik və peşəkar etibarlılıq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına mövzu (subject) hissəsinə “Vergi İşləri üzrə Şöbə Müdiri" yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily6
  • Weekly716
  • Monthly2615