Vəzifə öhdəlikləri
- Elektron qaimə-fakturaların göndərilməsini təmin etmək.
- Online kargüzarlıq reyesterini izləmək və sənədlərin icrasına nəzarət etmək.
- Vergi bəyannamələrini (ƏDV, ÖMV, Əmlak, Mənfəət vergiləri) hazırlamaq və təqdim etmək.
- Vahid bəyannaməni hazırlamaq və göndərilməsini təmin etmək.
- Kreditor və debitor hesabatlarının hazırlanmasına və təhlilinə nəzarət etmək.
- Aylıq mənfəət/zərər, pul vəsaitlərinin hərəkəti və balans hesabatlarını tərtib etmək.
- Tədarükçülərlə vergi və maliyyə problemlərinin həlli üçün danışıqlar aparmaq.
- Vergi risklərini təhlil etmək və qanunvericiliyə uyğun tədbirlər görmək.
- Vergi yoxlamaları zamanı müvafiq sənədləri təqdim etmək və prosesə nəzarət etmək.
Namizədə dair tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsilə malik olmalıdır.
- Müvafiq sahədə minimum 4 il iş təcrübəsinə sahib olmalıdır.
- Vergi qanunvericiliyi, mühasibat uçotu və maliyyə hesabatlarının tərtib edilməsi üzrə geniş biliklərə malik olmalıdır.
- ƏDV, ÖMV, Mənfəət, Əmlak vergiləri və Vahid Bəyannamənin hazırlanması və təqdim edilməsi sahəsində təcrübəyə malik olmalıdır.
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləməyi bacarmalıdır.
- Vergi risklərini qiymətləndirmək və optimallaşdırmaq bacarığına sahib olmalıdır.
- Komanda ilə işləməyi bacarmalı, idarəetmə və effektiv ünsiyyət qurma bacarığına malik olmalıdır.
Əlavə təminatlar:
- Nahar təminatı;
- Korporativ nömrə və danışıq limiti;
- Servis xidməti;
- Parking yeri
- Könüllü Tibbi Sığorta
- Yanacaq kartı
- Push 30
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vergi və Gömrük İşləri Şöbə Müdiri" yazaraq göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.