Təsvir
- Məsrəf analizini izləmək və kontrol etmək.
- Ortaq şirkətlərlə, qeyri-ticari tədarükçülər və debitor cariləri üzrə üzləşmələri təşkil etmək.
- Xərc mərkəzlərinin yaradılmasına və təyinatı üzrə bölgünün aparılmasına nəzarət etmək.
- Xərclərin aidiyyatı strukturlar üzrə təsdiqinin alınmasına nəzarət etmək.
- Şirkətdaxili əməliyyatlar üzrə xərc bölgü meyarlarını analiz etmək, büdcəni kontrolda saxlamaq.
- Şirkətə dəymiş zərər üzrə ödənilən vəsaitin gəlirə tanıdılmasını kontrolda saxlamaq.
- Qeyri-ticari carilərin qalıqlarına nəzarət etmək.
- Aylıq bölmə üzrə qoyulan hədəflərə çatılmasına nəzarət etmək.
- Bölmənin iş yükünü əməkdaşlar arasında bölüşdürmək.
- Tabeçiliyində olan işçilərin iş bölgüsünə, davamiyyətinə və nizam intizamına nəzarət etmək.
- Görülən işlərlə bağlı hesabatlar hazırlayaraq hesabat verdiyi instansiyaya təqdim etmək.
Tələblər
- Təhsil: Ali (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə)
- Təcrübə: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- MS Office proqramlarında (xüsusilə Excel) yaxşı səviyyədə işləmək bacarığı
- Logo Tiger / SAP proqramı ilə işləmək bacarığı (üstünlükdür)
- ACCA F3-ACCA F7, PMS və ya DipIFR sertifikatlarına malik olmaq
- Analitik düşünmə, təşəbbüskarlıq, idarəetmə və problem həll etmə bacarığı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 3-4 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Nahar təminatı
- Servislə təmin olunur
- korporativ nömrə ilə təmin olunur
- İş qrafiki: 5 gün, 09:00-18:00
- Karyera yüksəlişi
- Peşəkar təlim imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.