O Oil & Gas Industry
  • 1.6K

Oil & Gas Industry

Kimyəvi Təhlil üzrə Laborant

Kimyəvi Təhlil üzrə Laborant

  • Deadline 6 Aprel 2025

Vəzifənin məqsədi

ISO/IEC 17025 standartına, şirkətin siyasətinə və beynəlxalq standartlara uyğun olaraq müntəzəm və ya qeyri-müntəzəm nümunələrin/sorğuların olub-olmamasından asılı olmayaraq standart tələblərə və ya texniki spesifikasiyalara əsasən analizlərin aparılmasına və tələb edilən sınaqların aparılmasını və Laboratoriya avadanlıqlarına texniki xidmətin göstərilməsi, kalibrlənməsi və sınaqdan keçirilməsi üzrə bütün aspektlərin həyata keçirilməsini təmin edir.

Vəzifə öhdəlikləri

  • Laboratoriyanın iş təlimatlarına uyğun olaraq kimyəvi reagentləri, məhlulları və iş standartlarını hazırlayır.
  • Vəzifəni icra edən şəxs laboratoriyadakı müxtəlif cihazlara cavabdehdir və cihazın təyinata uyğun olmasını təmin etmək üçün məsuliyyət daşıyır; digər istifadəçilər təlim keçməsini, qeydiyyat jurnalının müvafiq qaydada idarə edilməsini, bütün texniki xidmət qeydlərinin mövcud olmasını təmin etməlidir.
  • Əsas texniki xidmət işləri ilə müxtəlif cihazlar üzrə öhdəlikləri yerinə yetirir və problemlər barədə xüsusi mütəxəssis qrupuna və ya nəzarətçilərə məlumat verməzdən əvvəl nasaz cihazda qüsurların tam araşdırılmasını həyata keçirir. Təyin edilmiş cihazların vəziyyətinə nəzarət edir və yoxlayır, iş təlimatlarında, prosedurlarda və ya texniki xidmət planında göstərildiyi kimi laboratoriya analizlərinin etibarlılığını təmin etmək üçün lazımi kalibrləmə və analitik metodların icra göstəriclərinin yoxlanmasını həyata keçirir.
  • Növbənin təhvil verilməsi ilə bağlı hesabatların təqdim edilməsinə və  növbəti işçilərinə çatıdırlmasına cavabdehdir.  
  • Laboratoriya Məlumatlarının İdarə Edilməsi Sistemi (LIMS) və ISO/IEC 17025 tələblərinə uyğun olaraq Laboratoriya siyasətləri və proseduralarının işlənib hazırlanmasına və həyata keçirilməsinə kömək edir.
  • Laboratoriya işləri ilə bağlı Laboratoriya sənədlərini, məs. proseduraları, iş təlimatlarını, analitik avadanlıqlar üzrə istismara dair təlimat kitablarını oxuyur, başa düşür və yeniləyir. 
  • Təsdiq olunmuş proseduralara əsasən alınmış nümunələri sistematik olaraq qeydiyyata alır.  
  • Yüksək təzyiqlə və kükürdtərkibli maddələrlə aparılan işlər üçün bütün SƏTƏM-in müvafiq təhlükəsizlik qaydalarına uyğun olaraq işləri yerinə yetirir, təhlükəsizlik mədəniyyətini dəstəkləyir və iş proseslərini və təcrübələrini yeniləyir; Laboratoriyada istifadə olunan materialların kimyəvi cəhətdən təhlükəli olmasından məlumatlı olmalıdır.
  • Kimyəvi tullantılarının idarə edilməsi, SƏTƏM məsələləri və enerji daşıyıcıları üzrə xidmətlərin təmin edilməsi də daxil olmaqla, bütün Laboratoriya bölmələri və ərazilərdə müvafiq təsərrüfat işlərini əlaqələndirir. 
  • Ölçmələrin keyfiyyətli və vaxtında təmin etmək və müvafiq ekoloji tullantıların ayrılmasını təmin etmək və qrup daxilində ixrac məhsullarına keyfiyyətini sertifikatı vermək  məqsədilə enerji daşıyıcıları axınlardan, ətraf mühit tullantıları axınlarından, ixrac məhsullarından və aralıq axınlardan ibarət nümunə və analiz planını icra edir.
  • KT/KN tələblərinə müvafiq olaraq nəticələri nəzərdən keçirir və tendensiyaları müşahidə edir
  • Laboratoriyanın iş təlimatlarına, yoxlamalara, kalibrləmə və texniki xidmət planlarına uyğun olaraq avadanlıqlar üzrə texniki xidmət işlərində iştirak edir.
  • Alətlərdən və Laboratoriya şüşə qablarından düzgün istifadə olunmasına, nümunələrin və Laboratoriya avadanlıqlarının idarə edilməsinə görə məsuliyyət daşıyır.
  • Etibarlılığı və optimallaşdırmanı təmin etməklə Laboratoriya analizləri üzrə iş təlimatlarının, auditlərin, təhlillərin və qeydiyyat jurnallarının hazırlanmasında iştirak edir.
  • Şirkətin bütün siyasətlərinə, təhlükəsizlik standartlarına, müvafiq təsərrüfat işləri üzrə təcrübəyə riayət edir.
  • Laboratoriyanın İcazələr Matrisasında qeyd olunmuş elementlərə və səlahiyyətlərə görə məsuliyyət daşıyır. 
  • Fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə olunmasına riayət edir.

Tələblər:

  • Kimya, neft və qaz sahəsi üzrə minimum orta ixtisas təhsili
  • Neft və qaz üzrə və ekoloji tədqiqatlar üzrə laboratoriyalarda minimum 1 il iş təcrübəsi
  • Beynəlxalq və dövlət standartları üzrə sınaq proseduralarına (ASTM, IP, UOP, APHA, ISO, GOST) dair biliklər
  • Təyin olunduğu bölməyə uyğun olaraq neft və/və ya suyun sınaqdan keçirilməsi və/və ya xam neft, nafta, dizel, sürtkü yağları, qaz tərkibli nümunələr, su əsaslı nümunələrin analizi ilə əlaqədar mikrobioloji sınaq avadanlıqlarında işləmək bacarığı
  • Laboratoriya avadanlığının istismarı, kalibrlənməsi və onlara texniki xidmət sahəsində təcrübə
  • Laboratoriya avadanlığının istismarı, nasazlıqların aşkarlanması və aradan qaldırılması üzrə təcrübəyə malik olmalıdır
  • Təqdimatlar hazırlamaq və səmərəli hesabatlar yazmaq daxil olmaqla, həm yazılı, həm də şifahi ünsiyyət bacarığı.
  • Daily0
  • Weekly155
  • Monthly138