O Oil & Gas Industry
  • 614

Oil & Gas Industry

NÖC və avtomatika üzrə çilingər

NÖC və avtomatika üzrə çilingər

  • Deadline 25 February 2025

Vəzifənin məqsədi:

  • İstehsal sahələrində olan Nəzarət Ölçü Cihazları və Avtomatika avadanlıqlarında təmir funksiyalarının yerinə yetirilməsi.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
  • Cari təmir çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxartmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “Usta” ya xəbər vermək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
  • Mərkəzləşmiş təmir prinsipinə uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
  • İşlədiyi struktur bölmələrdə bütün nəzarət-ölçü cihazları və avtomatika vasitələrinin təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
  • SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;

Tələblər:

  • Elektrik, elektronika və avtomatika üzrə peşə təhsilli;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
  • Daily15
  • Weekly645
  • Monthly1895