Vəzifənin məqsədi:
- İstehsal sahələrində olan Nəzarət Ölçü Cihazları və Avtomatika avadanlıqlarında təmir funksiyalarının yerinə yetirilməsi.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
- Cari təmir çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxartmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “Usta” ya xəbər vermək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
- Mərkəzləşmiş təmir prinsipinə uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün nəzarət-ölçü cihazları və avtomatika vasitələrinin təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
- SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;
Tələblər:
- Elektrik, elektronika və avtomatika üzrə peşə təhsilli;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi