Vəzifə öhdəlikləri:
- İcbari və SƏTƏMM təlim matrisinin hazırlanmasını, yenilənməsini və izlənilməsini təmin etmək;
- İllik təlim planına uyğun olaraq təlimlərin cədvəlini hazırlamaq;
- Təlimləri təşkil etmək (iştirakçıları dəvət etmək, davamiyyətə nəzarət etmək, təlim effektivliyini ölçmək, məkanı, ehtiyac olduqda çay və nahar fasiləsini təşkil etmək, təlim materialları hazırlamaq və s.);
- Təlim, ixtisasartırma, yenidən hazırlanma, peşə hazırlığı və sertifikasiya proqramları ilə bağlı modeli hazırlamaq, təşkil və tətbiq edilməsi prosesini təmin etmək;
- Daxili təlimçilərin hazırlanması və təlim proseslərinə cəlb olunması məqsədilə struktur vahidlərinin rəhbərləri ilə danışıqlar aparılmasını təşkil etmək;
- Əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimləri təşkil etmək;
- Kənar vendorların seçilməsi məqsədilə Satınalma komandasına dəstək olmaq;
- İllik təlim büdcəsinin formalaşdırlması ilə bağlı müvafiq tapşırıqları icra etmək;
- Təlim xərclərinin illik təlim büdcəsi çərçivəsində aparılmasını təşkil etmək;
- Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
- Şirkətdə mövcud rəqəmsal platformalarından istifadə etmək;
- Həftəlik/aylıq olaraq görülmüş işlər barədə hesabat vermək
Tələblər:
- Ali təhsilli (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır) olmalı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Neft-qaz, tikinti və ya dəgər oxşar texniki sektorda təcrübə arzuolunandır;
- Yaxşı səviyyədə ingilis dili biliyi (intermediate və daha yuxarı);
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı səviyyədə olmalıdır.
- Güclü analitika və problem həll-etmə bacarığı.
Əlavə tələblər
Aşağıda qeyd edilmiş sertifikatların olması üstünlükdür:
- TOT
- Instructional Design
- SHRM-CP/SCP or CIPD