Vəzifə öhdəlikləri:
- Məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;
- Korporativ müştərilərin cəlb olunması;
- Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
- Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
- Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
- Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
Vəzifənin tələbləri:
- Təhsil: Ali
- Ümumi satış təcrübəsi 5-8 il, (korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- Xarici dillərdən rus və ingilis dilində bilmək;
- Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.
İş şəraiti:
- Həftədə 5 gün (şənbə-bazar günü istirahət);
- I-V gün: 9:00-18:00
- İş yeri: 1-ci Səbail küç., giriş 332, AZ1023, Səbail r., Bakı şəh., Azərbaycan
- Əmək haqqı: Müsahibə əsasında
- Nahar şirkət tərəfindən qarşılanır.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Korporativ Satış Mütəxəssisi” sözlərini qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.