Ünvan: Bakı, Azərbaycan
OKHU Academy SAT Math üzrə müəllim axtarır. Tədrisi sevən və tələbələrin hədəflədikləri nəticələrə çatmasına məsuliyyətlə yanaşan namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Digital SAT Math üzrə planlı və tələbələrin səviyyəsinə uyğun dərslər keçmək.
- Tədris materialları, praktiki tapşırıqlar və sınaq imtahanları hazırlamaq.
- Riyazi anlayışları aydın izah etmək, effektiv həll üsullarını və vaxtın idarə olunmasını öyrətmək.
- Tələbələrin nəticələrini təhlil etmək, zəif olduqları mövzuları müəyyənləşdirmək və irəliləyişlərini izləmək.
- Dərs cədvəlini tələbələr və administrasiya ilə operativ razılaşdırmaq.
- Cədvəli tələbələrə vaxtında təqdim etmək və dəyişikliklər barədə əvvəlcədən məlumat vermək.
- Tələbələr və akademiya komandası ilə müntəzəm əlaqə saxlamaq.
Tələblər:
- Digital SAT Math proqramını, sual tiplərini və imtahan formatını yaxşı bilmək.
- Riyaziyyatı ingilis dilində tədris etmək bacarığı.
- Desmos kalkulyatorundan istifadəni və onunla effektiv həll üsullarını izah edə bilmək.
- Mövzuları aydın izah etmək və tələbələrə fərdi yanaşmaq bacarığı.
- Məsuliyyətlilik, punktuallıq və təşkilatçılıq bacarığı.
- SAT Math üzrə tədris təcrübəsinə və təsdiqlənmiş yüksək imtahan nəticəsinə üstünlük verilir
CV-nizi və tədris təcrübəniz haqqında qısa məlumatı WhatsApp vasitəsilə +994 51 553 81 88 nömrəsinə göndərin.