Old City Tours – Azərbaycanın aparıcı daxili turizm şirkətlərindən biri – Ofis Meneceri vəzifəsi üzrə komandasına məsuliyyətli və təşəbbüskar bir əməkdaş axtarır.
Əsas vəzifələr:
- Ofisin gündəlik fəaliyyətini təşkil və nəzarət etmək
- Şirkətin müxtəlif şöbələri, partnyorlar və müştərilər arasında əlaqəni koordinasiya etmək
- Sənədlərin idarə olunması, planlaşdırma və digər inzibati işləri yerinə yetirmək
- Turların təsdiqləri, partnyorlarla yazışmalar və satış-əməliyyat komandalarına dəstək vermək
- Ofis ləvazimatlarına nəzarət və texniki xidmətlərin koordinasiyası
Tələblər:
- Ofis meneceri və ya inzibati işlər sahəsində əvvəlki təcrübə (turizm sahəsində təcrübə üstünlükdür)
- Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı (Rus dili üstünlükdür)
- MS Office proqramlarında (Word, Excel, Outlook) işləmə bacarığı
- Çoxsaylı işləri paralel şəkildə yerinə yetirə bilmə və stressə davamlılıq
- Məsuliyyətli, diqqətli və təşkilatçılıq bacarığına malik olmaq
Təklif etdiyimiz:
- Əmək haqqı: 600 AZN
- İş qrafiki: Tam ştat, həftədə 6 gün
- İş yeri: İçərişəhər, Bakı
- Mehriban və peşəkar iş mühiti
- Turizm sahəsində inkişaf imkanı
- 10 ildən artıq təcrübəyə və beynəlxalq partnyor şəbəkəsinə malik bir komandada çalışma şansı
Necə Müraciət Etmək Olar:
- Vəzifə adını başlıqda qeyd edərək CV-nizi və vəzifəyə uyğunluğunuzu vurğulayan məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin