Old City Tours Old City Tours
  • 832

Old City Tours

Turizm

Tur Bələdçisi (İngilis və Rus Dillərində)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tur Bələdçisi (İngilis və Rus Dillərində)

  • Deadline 5 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında məlumat:
Old City Tours komandamıza Bələdçi vəzifəsi üçün motivasiyalı və ünsiyyətcil şəxslər axtarır. Təcrübəsi olmayan namizədlər üçün təlimlər təşkil edilir. Əgər ingilis və rus dillərində sərbəst danışırsınızsa, insanlarla işləməyi və ölkəmizin tarixi ilə maraqlanmağı sevirsinizsə, bu iş sizin üçün ideal ola bilər.

Vəzifələr:

  • Bakı və ətraf bölgələrdə turlar aparmaq
  • Azərbaycanın mədəniyyəti, tarixi və görməli yerləri haqqında maraqlı məlumatlar vermək
  • Tur iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etmək
  • Suallara cavab vermək və şirkəti peşəkar şəkildə təmsil etmək

Tələblər:

  • İngilis və rus dillərində sərbəst danışıq bacarığı
  • Ünsiyyətcil olmaq, auditoriya qarşısında danışmaqdan çəkinməmək
  • Azərbaycanın mədəniyyəti və turizminə maraq
  • Punktual, məsuliyyətli və öyrənməyə həvəsli olmaq
  • Təcrübə tələb olunmur – biz sizi yetişdirəcəyik!

Təlim və İşə Başlama:

  • Seçilmiş namizədlər əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcəklər
  • Təlimdə marşrutlar, təqdimat bacarıqları, müştəri xidməti və təhlükəsizlik qaydaları öyrədiləcək
  • Təlim və sınaq turunu uğurla başa vuran şəxslər rəsmi olaraq işə başlayacaqlar
  • Təlim müddətində iştirakçının performansı komandamız tərəfindən qiymətləndiriləcək

Təklif edirik:

  • Təlimdən sonra üstünlüklərinə görə aylıq 1200-1500 AZN əməkhaqqı və bonuslar
  • Rəsmi əmək müqaviləsi
  • Pulsuz peşəkar təlim və mentor dəstəyi
  • Dostcul və dəstəkləyici iş mühiti
  • Əlverişli iş qrafiki və inkişaf imkanları
  • Dünyanın hər yerindən gələn turistlərlə işləmək fürsəti
  • İş yeri: Bakı, Azərbaycan
  • İş növü: Tam ştat (Full-Time)

Müraciət qaydası:

  • CV-nizi və qısa öz təqdimatınızı (dil bilikləriniz və işə uyğunluğunuzu qeyd edərək) başlıqda Tur Bələdçisi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvana göndərin.
  • Daily0
  • Weekly246
  • Monthly250