Təsvir:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
- Mağaza rəhbəri olmadığı müddətdə heyyətin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi;
- Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş günləri: 6 iş günü, 1 gün istirahət;
- Şirkət daxili təlimlər.
Tələblər:
- Natamam ali təhsil (Ali təhsil arzu olunandır);
- Baş kassir və ya aparıcı kassir kimi minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı)
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.
Sən də bizim komanda üzvü olmaq istəyirsənsə link vasitəsi ilə keçid edə bilərsən.