İşin təsviri:
- Reklam mətnlərini, kampaniya elanlarını, şüarlarını yazmaq və redaktə etmək;
- Bloqlar, veb saytlar, video və sosial media daxil olmaqla müxtəlif platformalar üçün məzmun yaratmaq;
- Kampaniyalar və müxtəlif aktivliklər üçün kreativ ideyalar vermək və konsept yaratmaq;
- Bütün məzmunları “Olivia Beauty&Care” brendinin tone of voice-na uyğun tərtib etmək;
- Düzgün yazı və qrammatika qaydalarına riayət etmək;
- Kontent trendlərini, müştəri tələblərini və kontent üzrə yeni texnologiyaların gündəlik olaraq izləmək və tətbiq etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə (corporate, reklam agentliyi) üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili – mükəmməl;
- Yaxşı ingilis və rus dili bilikləri üstünlükdür;
- Dəqiqlik və yüksək icraçı bacarıqlar;
- Təcili sorğulara operativ geridönüş etmə bacarığı;
- Araşdırma qabiliyyətinin olması;
- Komanda ilə işləmə bacarığı.
Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət et butonunda ki linkə daxil ola bilərsən.