İşin təsviri:
- Kampaniya Key Visual-larının və gündəlik cari sosial media post dizaynlarının hazırlanması və lazım olan ölçülərə adaptasiyası;
- Verilən brief çərçivəsində araşdırma aparmaq və müvafiq dizayn həllərinin verilməsi;
- Yeni çıxacaq olan layihələrin vizual konseptinin yaradılması və təqdim olunması;
- Komandaya vizual materiallar və dizayn layihələrində dəstək vermək;
- Olivia Beauty & Care-in vizual kimliyinə uyğun dizayn elementlərindən istifadə etmək və lazım olduqda yeni qaydalar və komponentlər yaratmaq;
Tələblər:
- Qrafik dizayn və brendin vizual təmsili sahəsində 2-3 il və ya daha artıq təcrübə;
- Sosial media və digər çap və rəqəmsal dizayn sahələrində iş təcrübəsi;
- Keyfiyyətli qrafik həllərin və biznes ehtiyaclarına cavab verən dizaynların yaradılma təcrübəsi;
- Rəng, tipoqrafika, estetika və satış yönümlü dizayn biliklərinin olması;
- Gündəlik iş yükü üzrə vaxtın düzgün idarə olunması;
- Layihələrin yüksək keyfiyyətdə və vaxtında tamamlanmasını təmin etmək;
- Adobe Creative Suite (Photoshop, Illustrator, inDesign) alətlərindən sərbəst istifadə bacarığı;
- Texniki dizayn biliklərinin olması;
- Təməl motion biliklərinin olması üstünlükdür.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.