İş barədə məlumat:
- Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
- Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
- Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
- Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
- Kassa ətrafı satış məhsullarını müştəriyə təqdim etməlidir;
- Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
İş şəraiti:
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.
Namizədə tələblər:
- 18-35 yaş (yalnız xanım namizədlər)
- Bəsit riyazi biliklərin olması vacibdir
- Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)
- Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
Azadlıq, Keşlə, Nərimanov, Xutor əraziləri və ona yaxın ərazilərdə yaşayan xanım namizədlər müraciət edə bilər. Uyğun namizədlərdən CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Kassir” başlığı ilə qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.