İş yeri: Bərdə/ Zaqatala/ Mingəçevir/Göyçay
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Mağazanın fəaliyyətini izləyərək satışların ardıcıl və effektiv həyata keçirilməsini təmin etmək.
- Satış strategiyalarını rəhbərlikdən alıb tətbiq edərək satış hədəflərinin yüksək səviyyədə olmasını təmin etmək.
- Satış komandası üzvlərinin fəaliyyətini qiymətləndirmək, iş bölgüsünü təşkil etmək və onları təşviq edərək satış məqsədlərinə çatmalarını dəstəkləmək.
- Müştərilərlə əlaqələri gücləndirərək ehtiyaclarına uyğun xidmət göstərmək və şikayətləri vaxtında həll etmək.
- Məhsul və anbar idarəçiliyini təşkil edərək, anbarları optimallaşdırmaq və lazımi məhsul sayını qorumaq.
- Satış hədəflərinə çatmaq üçün lazımi tədbirlər görmək, satış analizləri aparmaq və performansı artırmaq.
- Müştəri şikayətləri ilə operativ məşğul olmaq, xidmət keyfiyyətini davamlı artırmaq və müsbət təəssüratlar yaratmaq.
- Mağazanın brend standartlarına uyğun fəaliyyət göstərməsini və vizual, xidmət keyfiyyətini qorumaq.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Pərakəndə satış və mağaza idarəçiliyi sahəsində təcrübə (ən azı 2 il)
- Liderlik və komanda idarəetmə bacarığı
- Müştəriyönümlü düşüncə və satış texnikalarına dair biliklər
- Kompüter və satış proqramlarından istifadə bacarığı
Biz sizə nə təklif edirik?
- Müasir, dinamik və səmərəli iş mühiti;
- Karyera və fərdi inkişaf imkanları.
Əgər qeyd olunan şəhərlərdə mağaza müdiri kimi işləmək və şirkətimizə dəyər qatmaq istəyirsinizsə, CV -nizi “Mağaza müdiri (şəhərin adı)” başlığı ilə elektron poçt ünvanına göndərin!