OMİD Mağazalar Şəbəkəsi Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən mağazalarımız üzrə Mağaza müdiri vakansiyası elan edir.
Namizədə tələblər:
- Yaş: 25–45;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və bonus sistemi
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanları
- Stabil və dinamik iş mühiti
Vəzifə öhdəlikləri:
- Mağazanın gündəlik fəaliyyətini idarə etmək;
- Satış planlarının icrasını təmin etmək;
- Komandanın işini təşkil etmək, idarə etmək və motivasiya etmək;
- Müştəri məmnuniyyətini təmin etmək və şikayətləri operativ həll etmək;
- Anbar və məhsul ehtiyatlarına nəzarət etmək;
- Satış göstəricilərini təhlil etmək və nəticələrin yüksəldilməsi istiqamətində tədbirlər görmək;
- Şirkətin brend və vizual standartlarına riayət olunmasına nəzarət etmək.
Komandamızın üzvü olmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Məktubun mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını və şəhəri qeyd etməyiniz xahiş olunur.