İş barədə məlumat:
- E-Qaimələrin göndərilməsi;
- Qaimə-fakturaların yoxlanılması və sistemə daxil edilməsi;
- Təhvil-təslim, üzləşmə aktlarının tərtib edilməsi;
- Bütün bank əməliyyatlarının və ədv depozitinin sistemə işlənməsi;
- Debitorlarla üzləşmələrin aparılması,akt tərtib olunması;
- Anbar qalıqlarının üzləşdirilməsi və malların hərəkəti barədə hesabatların hazırlanması
Namizədə tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə arzuolunandır) ;
- 23-30 yaş (ancaq bəy namizədlər) ;
- Yaxşı səviyyədə MS Office (əsasən Excel) bilikləri;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- E-taxes.gov.az də işləmək bacarığı;
- E-qaimələrin yoxlanılması;
- Bank ödəniş tapşırıqlarının hazırlanması və köçürmələrin edilməsi;
- Kassa əməliyyatlarının yerinə yetirilməsi;
- Digər gündəlik (invoys, qaimələrin yazılması, aktların hazırlanması və s.) əməliyyatların yerinə yetirilməsi;
- Mühasibat sənədlərinin saxlanılması və qorunması
Əmək Şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək;
- İş rejimi: Həftənin 5 günü;
- İş saatı: 08:00-dan 17:00-dək;
- Nahar şirkət tərəfindən təmin olunur
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 184
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Mühasib” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.