Xadimə (Binə, Badamdar, Yusifbəyli-Gənclik (İnqilab), Lökbatan, Əhmədli, Gəncə mağazaları üzrə)
İş barədə məlumat:
- İş günü ərzində mağazanın təmizliyinin və səliqəsinin tələb olunan vəziyyətdə olmasını təmin etməlidir;
- Vitrin və rəflərin təmizliyinə nəzarət etməli, təmizləməlidir;
- Gülərüz, mehriban olmalı, alıcılarların ticarət zalında sərbəst hərəkətinə mane olmamalıdır;
- Mağazanın gündəlik təmizliyini və səliqə - səhmanını lazımi səviyyədə saxlamalı, hər gün mağazanın açılışına qədər ticarət zalını və digər inzibati əraziləri, ticarət zalında və ofis hissəsində olan sanitar qovşaqları təmizləməli və havasını dəyişməlidir;
- Təsdiqlənmiş qrafik əsasında sanitar qovşaqların və ticarət zalının təmizliyini yoxlamalı və təmizliklə bağlı aşkar olunan çatışmazlıqları aradan qaldırmalıdır;
- Mağazanın forma geyim tələblərinə riayət etməli, iş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə fikir verməlidir;
- Rəhbərliyin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirməlidir;
- İş gününün sonunda mağaza ərazisini təmiz təhvil verməlidir;
- Daxili nizam intizam qaydalarına əməl etməlidir.
Əmək şəraiti:
- əmək haqqı: 500-600 manat
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.
Namizədə tələblər:
- Yaş həddi: 30-50;
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
- Natamam orta və ya orta təhsilli;
- Təmizlik vasitələrindən və avadanlıqlarından istifadə qaydalarını bilməli.
Uyğun namizədlərdən 055-500-91-00 mobil nömərsinə “whatsapp” mesaj vasitəsilə müraciət etmələri və ya CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Xadimə” başlığı ilə qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.