Marketinq strategiyası, kampaniya koordinasiyası və müştəri layihələrinin idarə edilməsi
Vəzifənin məqsədi
- OmniMark və müştəri layihələrinin marketinq fəaliyyətlərini biznes məqsədləri ilə əlaqələndirmək; bazar insight-ları əsasında strategiya və kampaniya planları hazırlamaq, kreativ, rəqəmsal, media və satış yönümlü fəaliyyətləri koordinasiya edərək ölçülə bilən nəticələr yaratmaq.
Əsas vəzifə öhdəlikləri
- Müştərilərin biznes məqsədlərini, hədəf auditoriyasını və bazar mövqeyini təhlil edərək aylıq, rüblük və kampaniya əsaslı marketinq planları hazırlamaq.
- İnteqrə olunmuş marketinq kampaniyalarını konseptdən icraya qədər planlamaq və koordinasiya etmək; digital, social media, ATL/BTL, PR və satış fəaliyyətlərini vahid məqsəd ətrafında birləşdirmək.
- Kreativ, dizayn, foto-video, rəqəmsal marketinq və media komandaları üçün nəticəyönümlü brief-lər hazırlamaq və icra keyfiyyətinə nəzarət etmək.
- Müştərilərlə strateji və gündəlik kommunikasiya aparmaq, ehtiyacları müəyyənləşdirmək, təklifləri təqdim etmək və razılaşdırılmış fəaliyyətlərin vaxtında icrasını təmin etmək.
- Kampaniya büdcələrini, timeline-ları və deliverable-ları planlamaq; resursların effektiv istifadəsinə və deadline-lara nəzarət etmək.
- Brend mövqeləndirməsi, kommunikasiya mesajları, kampaniya ideyaları, satış təklifləri və müştəri journey-si üzrə təkmilləşdirmə təklifləri hazırlamaq.
- Trafik, lead, conversion, engagement, CPL/CPA və digər əsas göstəriciləri izləmək, nəticələri təhlil etmək və marketinq qərarlarında istifadə etmək.
- Satış komandası ilə lead keyfiyyəti, satış funnel-i, CRM istifadəsi və kampaniyaların kommersiya nəticələrinə təsirini təhlil etmək.
- Rəqib, bazar və istehlakçı araşdırmaları aparmaq; yeni trendləri və growth imkanlarını müəyyənləşdirmək.
- Müştəri hesabatları, təqdimatlar və növbəti dövr üçün fəaliyyət planları hazırlamaq; lazım olduqda yeni biznes təkliflərində iştirak etmək.
Namizədə tələblər
- Marketinq, reklam, kommunikasiya və ya əlaqəli sahədə minimum 3 il praktik iş təcrübəsi; agentlik təcrübəsi üstünlükdür.
- Marketinq strategiyası, kampaniya planlaması və layihə koordinasiyası üzrə güclü praktiki bilik.
- Digital marketinq, sosial media, performance reklam, kontent və media planlamanın əsas prinsiplərini yaxşı anlamaq.
- ATL/BTL, branding, promo və digər inteqrə olunmuş marketinq alətləri üzrə işlək bilik.
- Müştəri ilə işləmək, brief toplamaq, təqdimat keçirmək və müxtəlif stakeholder-ləri koordinasiya etmək bacarığı.
- Büdcə, timeline və iş planı ilə işləmək; bir neçə layihəni paralel idarə etmək və prioritetləşdirmək bacarığı.
- Analitik düşüncə və marketinq göstəricilərini biznes nəticələri ilə əlaqələndirmək bacarığı.
- PowerPoint/Google Slides və Excel/Google Sheets proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
- Azərbaycan dilində yüksək səviyyədə kommunikasiya; ingilis dili yaxşı səviyyədə, rus dili isə üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Strateji və icrayönümlü düşüncə.
- Güclü kommunikasiya, təqdimat və stakeholder idarəetmə bacarığı.
- Proaktivlik, məsuliyyət və problem həll etmə yanaşması.
- Detalçılıq, deadline intizamı və təşkilatçılıq.
- Komanda işi, çeviklik və nəticəyə fokuslanmaq bacarığı.
Üstünlük hesab ediləcək təcrübə
- Daşınmaz əmlak, təhsil, retail, xidmət və ya B2B layihələrində marketinq təcrübəsi.
- CRM, lead management və satış funnel-ları ilə işləmək təcrübəsi.
- Agentlik mühitində bir neçə müştəri və kampaniyanı paralel idarə etmək təcrübəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.