İş yeri: Bakı, Ağ şəhər
Omnivision MMC videomüşahidə və təhlükəsizlik sistemləri sahəsində yeni müştərilər tapacaq, satış imkanlarını sıfırdan yaradacaq aktiv və nəticəyönümlü əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
- Korporativ müştəriləri, təhlükəsizlik sistemləri üzrə inteqratorları və quraşdırıcı tərəfdaşları müstəqil şəkildə tapmaq;
- Yeni müştərilərlə ilkin əlaqə qurmaq, görüşlər təşkil etmək və məhsulları təqdim etmək;
- Müştərinin ehtiyacına uyğun həll və kommersiya təklifi hazırlayaraq danışıqları satışa qədər aparmaq;
- Videomüşahidə və təhlükəsizlik sistemləri üzrə yeni satış kanalları və layihə imkanları yaratmaq;
- Müştərilərlə aparılan işin bütün mərhələlərini qeyd etmək;
- Yeni əlaqələr, görüşlər, təkliflər və satış nəticələri barədə həftəlik hesabat təqdim etmək.
Namizəddən tələblər:
- CCTV, videomüşahidə və təhlükəsizlik sistemləri sahəsində B2B satış təcrübəsi;
- Bu sahədə məhsulları və müştəri ehtiyaclarını anlamaq, həlləri təqdim etmək bacarığı;
- Yeni müştəriləri müstəqil axtarıb tapmaq və danışıqları satışla nəticələndirmək təcrübəsi;
- Təşəbbüskarlıq, dinamika, güclü ünsiyyət və təqdimat bacarığı;
- İşini planlı aparmaq və nəticələrini rəqəmlərlə təqdim etmək bacarığı.
İş şəraiti:
- Əmək haqqı: təcrübəyə uyğun
- Satış nəticələrinə əsaslanan bonus sistemi;
- Rəsmi əmək müqaviləsi;
- 5 günlük iş həftəsi, 09:00–18:00;
Güclü nəticə göstərən əməkdaş üçün gələcəkdə satış komandasına rəhbərlik istiqamətində inkişaf imkanı.
Müraciət üçün CV-nizi mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz