Biznesin inkişafı üzrə menecer (B2B satış)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznesin inkişafı üzrə menecer (B2B satış)

  • Deadline 29 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı, Ağ şəhər

Omnivision MMC videomüşahidə və təhlükəsizlik sistemləri sahəsində yeni müştərilər tapacaq, satış imkanlarını sıfırdan yaradacaq aktiv və nəticəyönümlü əməkdaş axtarır.

Vəzifə öhdəlikləri:

  • Korporativ müştəriləri, təhlükəsizlik sistemləri üzrə inteqratorları və quraşdırıcı tərəfdaşları müstəqil şəkildə tapmaq;
  • Yeni müştərilərlə ilkin əlaqə qurmaq, görüşlər təşkil etmək və məhsulları təqdim etmək;
  • Müştərinin ehtiyacına uyğun həll və kommersiya təklifi hazırlayaraq danışıqları satışa qədər aparmaq;
  • Videomüşahidə və təhlükəsizlik sistemləri üzrə yeni satış kanalları və layihə imkanları yaratmaq;
  • Müştərilərlə aparılan işin bütün mərhələlərini qeyd etmək;
  • Yeni əlaqələr, görüşlər, təkliflər və satış nəticələri barədə həftəlik hesabat təqdim etmək.

Namizəddən tələblər:

  • CCTV, videomüşahidə və təhlükəsizlik sistemləri sahəsində B2B satış təcrübəsi;
  • Bu sahədə məhsulları və müştəri ehtiyaclarını anlamaq, həlləri təqdim etmək bacarığı;
  • Yeni müştəriləri müstəqil axtarıb tapmaq və danışıqları satışla nəticələndirmək təcrübəsi;
  • Təşəbbüskarlıq, dinamika, güclü ünsiyyət və təqdimat bacarığı;
  • İşini planlı aparmaq və nəticələrini rəqəmlərlə təqdim etmək bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: təcrübəyə uyğun
  • Satış nəticələrinə əsaslanan bonus sistemi;
  • Rəsmi əmək müqaviləsi;
  • 5 günlük iş həftəsi, 09:00–18:00;

Güclü nəticə göstərən əməkdaş üçün gələcəkdə satış komandasına rəhbərlik istiqamətində inkişaf imkanı.

Müraciət üçün CV-nizi mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz

  • Daily6
  • Weekly250
  • Monthly2590