Vəzifə öhdəlikləri:
- Şirkətə daxil olan yeni məhsulların test edilməsi, diaqnostikası və texniki rəyin hazırlanması
- Layihələrin texniki tərəfdən işlənməsi: avadanlıq seçimi, eskizlərin hazırlanması və texniki həllərin formalaşdırılması
- İnstaller-lərə satışdan sonra quraşdırma və sazlama proseslərində texniki dəstəyin göstərilməsi
- Məhsullar üzrə texniki məlumatların (datasheet, təqdimat, qısa təlimat və s.) hazırlanması
- Satış komandasına texniki dəstək göstərilməsi: məhsul seçimi, avadanlıq uyğunluğu və texniki izahlar
- Müştərilərdən daxil olan texniki sorğuların operativ cavablandırılması
- Təhlükəsizlik və videomüşahidə sistemləri üzrə (CCTV, Access Control, IP sistemləri) müştərilər və satış nümayəndələri üçün texniki təlimlərin keçirilməsi
- Daimi öz üzərində işləmək, yeni texnologiyaları öyrənmək və inkişafyönümlü olmaq
Namizəddən tələblər:
- Ali texniki təhsil (İT, Elektronika, Telekommunikasiya və ya oxşar sahələr üzrə)
- Təhlükəsizlik sistemləri üzrə minimum 3 il iş təcrübəsi
- CCTV, IP sistemləri, Access Control və professional şəbəkə avadanlıqları üzrə dərin texniki bilik
- Təlim keçmək bacarığı və auditoriya ilə işləmək təcrübəsi (üstünlükdür)
- Analitik düşüncə, məsuliyyətlilik və texniki mövzuları aydın şəkildə izah etmək bacarığı
- Komanda ilə işləmək və müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı
İş şəraiti:
- İş qrafiki: 5 iş günü 09:00 – 18:00 və ya 10:00 – 19:00 (şirkət daxilində uyğunluğa əsasən)
- Rəsmi əmək müqaviləsi
- Peşəkar inkişaf və təlim imkanları
- Rahat və dinamik iş mühiti
Müraciət üçün:
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsində “Texniki xidmət mütəxəssisi” qeyd etməklə göndərə bilərsiniz.