Vəzifə öhdəlikləri:
- Tikinti ərazilərində görülən işlərin texniki nəzarətinin həyata keçirilməsi;
- Texniki sənədlərlə işləmək, ardıcıllığın və normativlərin izlənməsi;
- İş prosesində texniki göstərişlərin verilməsi və icrasına nəzarət;
- Sahə üzrə görülmüş işlərin mərhələli şəkildə, layihə sənədlərinə uyğun yerinə yetirilməsinə nəzarət;
- Tikintidə istifadə olunan materialların normativ və standartlara uyğunluğunu nəzarətdə saxlamaq;
- Görülmüş işlərin icra sənədlərini (aktlar, jurnallar, protokollar) yoxlamaq və təsdiqləmək.
Tələblər:
- Ali və ya orta təhsil;
- Tikinti sahəsində minimum 2 – 3 il iş təcrübəsi;
- Layihə-smeta sənədlərini oxuma və təhlil etmə bacarığı
- Material və konstruksiyalarda qüsurları aşkar etmə bacarığı
- Layihəçi və sifarişçi ilə effektiv ünsiyyət.
İş barədə əlavə məlumat:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: Razılaşma əsasında.
Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Tikinti üzrə texniki nəzarətçi” qeyd edilməlidir.