Vəzifə təlimatı:
- Şirkətlərin sosial media hesablarının (instaqram,fb,linkedin,youtube,tiktok) idarə edilməsi;
- Sosial Media reklam strategiyalarının hazırlanması,aylıq post planının hazırlanması, mövzuya uyğun kontentlərin hazırlanması və yerləşdirilməsi və icras;
- Hazırlanan postların qrafikə uyğun düzgün şəkildə paylaşılması;
- Satış məqsədləri üçün pr və reklam mətnlərinin hazırlanması;
- Reklam kampaniyalarının yaradılması, idarə edilməsi və effektivliyinin ölçülməsi;
- Bazar araşdırması, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
- Səhifəyə gələn sorğuların aidiyatı şəxsə yönləndirilməsi;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmin edilməsi;
- Xüsusi, əlamətdar günlərlə bağlı paylaşımların hazırlanması;
- Məmnun müştərilərlə bağlı, mütəmadi olaraq post hazırlanması və səhifədə paylaşılması. Məmnun müştərilərlə əlaqə saxlanılmasıı;
- Yeniliklərlə bağlı paylaşımla bərabər, müştərilərə mail, push notification göndərilməsini, xəbərin paylaşılmasının təmin edilməsi;
- Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi;
- Şirkətin müştəri və təchizatçılarla əlaqədə olan əməkdaşlarına müştərilərə təqdim edilməli olan məlumatların şablonlarının təqdim edilməsi;
- Onwey protal və tətbiqində bannerlərin hazırlanması və yerləşdirilməsi;
- Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək.
- Heç bir halda şirkətin haqda,məlimatların üçüncü şəxslərə verməməsi proqramının kodlarını başqa şəxslərə verməmək və hər hansı qeyri qanuni fəaliyyətə girməmək.
Tələblər:
- 22 -yaş dan yuxarı şəxslər;
- Təhsil- Ali
- İşdə dəqiqlik və detallara fikir vermə məsuliyyəti
- Azərbaycan (ana dilini) qramatik səviyyədə mükəmməl yazı və danışıq bacarıqları
- Əmək haqqı – Plan və nəticələrə əsasən.
- İş qrafiki -Sərbəst
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini SMM qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e- mail ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.