Vəzifə və öhdəliklər
- Zavodun gündəlik inzibati işlərinin idarə olunması
- Sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi
- Təchizatçı və müştərilərlə email yazışmalarının aparılması
- Görüşlərin, zənglərin və ezamiyyətlərin koordinasiyası
- Ofis və zavod üçün lazım olan materialların sifarişi və izlənməsi
- Dövlət qurumları, logistika və digər tərəflərlə sənəd mübadiləsinin təşkili
- Hesabatların, təqdimatların və cədvəllərin hazırlanmasına dəstək
- İşçilərin davamiyyət və inzibati məsələlərinin koordinasiyası
- Rəhbərliyin tapşırıqlarının icrasının izlənilməsi və status hesabatlarının hazırlanması
- Müqavilə, invoice, packing list və digər sənədlərin hazırlanmasına dəstək
- Şirkətin sosial media, veb sayt və korporativ məlumatlarının yenilənməsinə dəstək
- İclas protokollarının hazırlanması və icra vəziyyətinin monitorinqi
- Xarici tərəfdaşlarla yazılı və şifahi əlaqələrin qurulması
- Zavod rəhbərliyinə inzibati və təşkilati dəstəyin göstərilməsi
- Digər departamentlər arasında koordinasiyanın təmin edilməsi
- Vəzifə funksiyaları çərçivəsində rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər
- Təhsil: Minimum Ali təhsil (və ya daha yüksək)
- Təcrübə: Təcrübə arzuolunandır, lakin tələb olunmur (təlim təmin ediləcək)
- Sənədlərlə işləmə və təşkilatçılıq bacarığı
- Məsuliyyətli, diqqətli və operativ olmaq
- Eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı
Dil bilikləri:
- Azərbaycan dili – səlis
- İngilis dili yaxşı səviyyədə
- Digər xarici dilləri bilmək üstünlük hesab olunur, lakin tələb olunmur
Səriştələr:
- Güclü təşkilatçılıq və planlama bacarıqları
- Analitik düşünmə və problemlərin həlli bacarığı
- Qərarvermə və prioritetləşdirmə qabiliyyəti
- Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma
- Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı
- Stress altında işləmə və dəyişikliklərə uyğunlaşma bacarığı
- Vaxtın effektiv idarə olunması və çoxsaylı tapşırıqların koordinasiyası
İmkanlar və Əlavə Qeydlər
- Könüllü tibbi sığorta
- Karyera inkişafı və peşəkar təlim imkanları
- Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı
- İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak
- Təşəbbüs və innovativ ideyalara dəstək
- 5 günlük iş qrafiki (09:00–18:00)
- İş yeri: istehsalat sahəsi
Cari vakansiyanın “adını” e-poçtun Mövzu/Subject bölməsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.