O Orbita Academy

ABŞ və Kanada üzrə Təhsil Konsultantı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ABŞ və Kanada üzrə Təhsil Konsultantı

  • Deadline 17 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Orbita Academy komandamıza ABŞ və Kanadada təhsil sahəsində minimum 1 il real iş təcrübəsi olan konsultant axtarırıq.

Tələblər

  • Məsuliyyətli, işinə ciddi yanaşan və şirkət dəyərlərini anlayaraq düzgün təmsil edən biri olmaq;
  • ABŞ və Kanada universitetləri və təhsil sistemi haqqında geniş praktik bilik;
  • Təqaüd və maliyyə dəstəyi proqramları üzrə məlumatlılıq;
  • Real müraciət təcrübəsi və alınmış qəbul nəticələri;
  • Qəbul və sənədləşmə prosesinə bələdlik;
  • Güclü kommunikasiya və araşdırma bacarığı;
  • ABŞ və ya Kanadada təhsil almış namizədlərə üstünlük verilir.

Öhdəliklər

  • Tələbələrə fərdi təhsil konsultasiyası vermək;
  • Tələbənin profilinə uyğun universitet və proqramları müəyyənləşdirmək;
  • Təqaüd və maliyyə dəstəyi imkanlarını araşdırmaq;
  • Universitet müraciətlərini və sənədləşmə prosesini koordinasiya etmək;
  • Tələbələri müraciət prosesinin sonuna və qəbul nəticəsinə qədər müşayiət etmək.

Şərtlər

  • Bazar ertəsi – Cümə: 10:00–19:00
  • Şənbə: 10:00–14:00
  • Bazar: İstirahət günü
  • Maaş: 800–1500 AZN + bonus

CV-ni “ABŞ və Kanada üzrə Təhsil Konsultantı” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily0
  • Weekly514
  • Monthly1607