Orbita Academy komandamıza ABŞ və Kanadada təhsil sahəsində minimum 1 il real iş təcrübəsi olan konsultant axtarırıq.
Tələblər
- Məsuliyyətli, işinə ciddi yanaşan və şirkət dəyərlərini anlayaraq düzgün təmsil edən biri olmaq;
- ABŞ və Kanada universitetləri və təhsil sistemi haqqında geniş praktik bilik;
- Təqaüd və maliyyə dəstəyi proqramları üzrə məlumatlılıq;
- Real müraciət təcrübəsi və alınmış qəbul nəticələri;
- Qəbul və sənədləşmə prosesinə bələdlik;
- Güclü kommunikasiya və araşdırma bacarığı;
- ABŞ və ya Kanadada təhsil almış namizədlərə üstünlük verilir.
Öhdəliklər
- Tələbələrə fərdi təhsil konsultasiyası vermək;
- Tələbənin profilinə uyğun universitet və proqramları müəyyənləşdirmək;
- Təqaüd və maliyyə dəstəyi imkanlarını araşdırmaq;
- Universitet müraciətlərini və sənədləşmə prosesini koordinasiya etmək;
- Tələbələri müraciət prosesinin sonuna və qəbul nəticəsinə qədər müşayiət etmək.
Şərtlər
- Bazar ertəsi – Cümə: 10:00–19:00
- Şənbə: 10:00–14:00
- Bazar: İstirahət günü
- Maaş: 800–1500 AZN + bonus
CV-ni “ABŞ və Kanada üzrə Təhsil Konsultantı” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.