Orion Consulting Orion Consulting
  • 473

Orion Consulting

Peşəkar xidmətlər

Vergi üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vergi üzrə mütəxəssis

  • Deadline 3 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləriniz:

  • Gündəlik vergi ilə bağlı işlərin yerinə yetirilməsi (Online Kargüzarlıq sistemində məktubların, Kameral məktubların yoxlanılması və Vergi Departamentinə cavabların hazırlanması)
  • İş vəzifələrinin yerinə yetirilməsi üçün mühasibatlıq şöbəsi və digər şöbələrlə müntəzəm ünsiyyətin təşkili
  • Şirkətin vergi hesablamaları üçün faylların hazırlanması və yenilənməsi
  • ƏDV məqsədləri üçün əvəzləşmə paketinin hazırlanması və vergi sisteminə təqdim edilməsi
  • Bütün alınmış vergi elektron qaimələri ilə ödənişlərin uzlaşdırılması
  • Gömrük bəyannamələri siyahısının hazırlanması
  • Satış hesabatlarının təhlili və ƏDV öhdəliyinin hesablanması
  • ƏDV əvəzləşməsi üçün Təchizatçılardan məlumatların (vergi fakturaları,elktron qaimə, ödənişlər) toplanması
  • Əmlak vergisi hesabatının hazırlanması və təqdim edilməsi
  • Mənfəət vergisi hesabatının hazırlanması və təqdim edilməsi
  • ƏDV hesabatının hazırlanması və təqdim edilməsi
  • Ödəmə mənbəyində vergi (ÖMV) hesabatının hazırlanması və təqdim edilməsi
  • DSMF-nin rüblük hesabatının hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Debitor və kreditor borcları haqqında ətraflı məlumatın Vergi Departamentinə təqdim edilməsi
  • Vergi məqsədləri üçün büdcəl və proqnozların hazırlanması
  • 1C ERP sistemində bütün maliyyə, mühasibat və təsərrüfat əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğuna nəzarət

Namizədə tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrində bakalavr dərəcəsi)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 2 ildən az olmayaraq
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti
  • Kompüter bacarıqları: 1C 8.3  və MS Office proqramlarını (xüsusilə  EXCEL) yüksək səviyyədə bilməli  
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
  • Konsalting / autsorsinq mühitində təcrübə üstünlükdür

İş qrafiki:

  • İş qrafiki: həftədə 5 gün, 08:00 - 17:00 və ya 09:00-18:00

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly610
  • Monthly1178