Medikal Tanıtım Nümayəndəsi

  • Истекает 2 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq.

Vəzifənin məqsədi

  • Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
  • Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.

İş öhdəlikləri

  • Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) Orzax məhsullarının elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
  • Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
  • Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
  • Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
  • Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
  • Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
  • Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək

Namizədə tələblər

  • Yaş aralığı: 25 – 40

Təhsil (aidiyyatlı ixtisaslar):

  • Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.

Təcrübə:

  • Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır
  • Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə

Digər tələblər:

  • Həkimlərlə peşəkar kommunikasiya bacarığı
  • Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
  • Səyyar iş rejiminə uyğunluq
  • MS Office bilikləri
  • Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür

Təklif etdiklərimiz

  • 800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
  • Premya sistemi
  • Yemək kartı
  • Benzin kartı
  • Geyim dəstəyi
  • Davamlı təlim və inkişaf imkanları
  • Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

İş şəraiti

  • Şirkət: Orzax / BioHerbalBaku
  • İş yeri: Bakı 
  • İş rejimi: Tam ştat (sahə işi)

Bu vakansiya kimlər üçün Deyil

  • “Sadəcə satış etmək istəyirəm” deyənlər
  • Elmi mövzulara maraqsız olanlar
  • Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.

  • Daily0
  • Weekly414
  • Monthly421