Komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq.
Vəzifənin məqsədi
- Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
- Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.
İş öhdəlikləri
- Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) Orzax məhsullarının elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
- Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
- Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
- Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
- Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
- Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
- Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
- Yaş aralığı: 25 – 40
Təhsil (aidiyyatlı ixtisaslar):
- Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.
Təcrübə:
- Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır
- Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə
Digər tələblər:
- Həkimlərlə peşəkar kommunikasiya bacarığı
- Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
- Səyyar iş rejiminə uyğunluq
- MS Office bilikləri
- Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
Təklif etdiklərimiz
- 800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
- Premya sistemi
- Yemək kartı
- Benzin kartı
- Geyim dəstəyi
- Davamlı təlim və inkişaf imkanları
- Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
İş şəraiti
- Şirkət: Orzax / BioHerbalBaku
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat (sahə işi)
Bu vakansiya kimlər üçün Deyil
- “Sadəcə satış etmək istəyirəm” deyənlər
- Elmi mövzulara maraqsız olanlar
- Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.