Orzax Azərbaycan şirkətinə məhsulların sənədləşdirilməsi üzrə peşəkar farmasevt axtarırıq.
Əsas vəzifələr:
- Dərman vasitələri və BAQM-lərin qeydiyyat sənədlərinin hazırlanması, dövlət qurumlarına təqdim olunması Analitik Ekspertiza Mərkəzi (AEM), Azərbaycan
- Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər rəsmi orqanlarla yazışmaların aparılması
- İdxal üçün tələb olunan sertifikat, analiz protokolları və uyğunluq sənədlərinin yoxlanılması
- Depo və satışla bağlı sənədləşmələrin düzgünlüyünə nəzarət
- Qanunvericilik tələblərinə uyğun sənədlərin işlənməsi, arxivlənməsi və dövri yenilənməsi
Tələblər:
- Ali təhsil (Əczaçılıq, Kimya Mühəndisliyi, Qida Mühəndisliyi, Kimya və ya Biologiya bölümləri və s.)
- Sənədləşdirmə və qeydiyyat sahəsində minimum 1–2 il iş təcrübəsi
- Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı (rus, ingilis dili üstünlükdür)
- Qanunvericiliyin tələblərini yaxşı bilmək, məsuliyyətli və diqqətli olmaq
- Komandada işləmə və vaxtı düzgün idarəetmə bacarığı
Şərtlər:
- Əmək haqqı: 800 – 1200 AZN (namizədin təcrübəsinə uyğun)
- İş qrafiki: həftə içi 5 gün, 09:00 – 18:00
- Rahat ofis şəraiti və peşəkar kollektivdə işləmək imkanı
- Şirkət tərəfindən nahar yeməyi təmin olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.