Trade Marketinq Meneceri

  • Истекает 8 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir.

Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.

Vəzifənin məqsədi

Aptek kanalında brendin görünürlüğünü, satış sürətini və kateqoriya inkişafını artırmaq üçün ticarət marketinq strategiyalarının hazırlanması və icrasını idarə etmək.

Trade Marketinq Meneceri məhsul strategiyasını aptek satış sisteminə çevirərək satış komandası üçün effektiv satış alətləri və aptek proqramları yaradır.

Əsas vəzifələr

Aptek kanalı strategiyasının hazırlanması

  • Aptek kanalı üçün ticarət marketinq strategiyasının hazırlanması
  • Aptek satış mexanizmlərinin qurulmasında iştirak
  • OTC komandasına satışa yönəlik medikal təlimlərin keçirilməsi
  • Aptek daxilində əczaçı təlimləri
  • Kateqoriya inkişafı və satış artımı üçün planların hazırlanması
  • Mövsümi satış kampaniyalarının planlanması

Aptek görünürlük strategiyası

  • Aptek daxilində brend görünürlüğünü artıran POS materialların hazırlanması və planlanması
  • Rəf yerləşmə strategiyasının hazırlanması
  • Aptek display və stend layihələrinin hazırlanması
  • Aptek daxilində brend kommunikasiya alətlərinin hazırlanması

Aptek kampaniyalarının hazırlanması

  • Aptek satışını stimullaşdıran kampaniyaların hazırlanması
  • Əczaçı yönümlü motivasiya proqramlarının hazırlanması
  • Mövsümi promo və satış aksiyalarının hazırlanması
  • Kampaniyaların satış nəticələrinin analiz edilməsi

Satış komandası ilə koordinasiya

  • Field Force Manager və OTC satış komandası ilə sıx əməkdaşlıq
  • Satış komandası üçün satış alətlərinin hazırlanması
  • Sahədən gələn məlumatların analiz edilməsi
  • Aptek satışlarını artıran yeni satış mexanizmlərinin hazırlanması

Bazar və rəqib analizi

  • Aptek bazarının və kateqoriya inkişafının analizi
  • Rəqib brendlərin aptek fəaliyyətlərinin izlənməsi
  • Aptek satış məlumatlarının analizi
  • Bazar imkanlarının müəyyən olunması

Namizədə tələblər

Təhsil

  • Tibb təhsili əsas olaraq əçzaçılıq

İş təcrübəsi

  • FMCG, pharma və ya qida əlavələri sektorunda minimum 2–4 il iş təcrübəsi
  • Trade marketinq, satış və ya marketinq sahəsində iş təcrübəsi
  • Yaş -25-35

Bacarıqlar

  • Analitik düşünmə və strateji planlama
  • Layihə idarəetmə bacarığı
  • Komanda ilə effektiv kommunikasiya
  • Satış kanallarını və bazar dinamikasını anlama
  • Excel və analitik alətlərlə işləmə bacarığı

Üstünlük hesab ediləcək

  • Aptek və ya pharma sektorunda iş təcrübəsi
  • OTC satış sistemi haqqında bilik
  • POS materialları və kampaniya idarəetməsi təcrübəsi
  • Satış komandası ilə əməkdaşlıq təcrübəsi

Vəzifənin strukturda yeri

Trade Marketinq Meneceri Marketinq Direktoruna tabedir və aşağıdakı komandalar ilə sıx işləyir:

  • Field Force Manager
  • OTC satış komandası
  • Product Manager
  • Dizayn komandası
  • Rəqəmsal marketinq komandası

KPI göstəriciləri

  • Aptek satış artımı
  • Aptek görünürlük səviyyəsi
  • Kampaniyaların satış nəticələrinə təsiri
  • POS materialların tətbiq səviyyəsi
  • Aptek kateqoriyası üzrə satış inkişafı

Bu vəzifənin əsas rolu

  • Trade Marketinq Meneceri satış etmir.

Bu vəzifənin əsas məqsədi:

Marketinq strategiyasını

Aptek satış mexanizminə çevirmək

Satış komandası həmin sistemi icra edir.

İş şəraiti:

  • Əmək haqqı- 800-1200 AZN ( təcrübəyə əsasən)
  • İş vaxtı I-V günlər 09.00-18.00

CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvana göndərə bilərsiniz.

  • Daily0
  • Weekly523
  • Monthly907