Otokoç Azərbaycan – Sürücü (Avis Car Rental)
Avis Türkiyə 1974-cü ildə Otokoç Otomotiv Tic. ve San. A.Ş. tərəfindən, uzun illərdir “Fortune Global 500” siyahısında yer alan və Türkiyənin ən böyük holdinqi olan Koç Holdinqin törəmə şirkəti kimi təsis edilmişdir.
Avis Türkiyə uzun illərdir satış, avtomobil parkı, ofis sayı və müştəri məmnuniyyəti baxımından sektorda lider mövqedədir və bu sahədə ilk və öncül şirkət hesab olunur. Otokoç Azərbaycan 1997-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.
Hazırda şirkət Türkiyə, Yunanıstan, Azərbaycan, Macarıstan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Şimali Kipr və Şimali İraq daxil olmaqla 9 ölkədə fəaliyyət göstərir və 400-ə yaxın məkanda xidmət göstərir. Şirkətin vizyonu — “innovativ mobillik həlləri inkişaf etdirərək qlobal lider olmaqdır.”
Əgər bərabər imkanların, inklüzivliyin və çevik təşkilati prinsiplərin tətbiq olunduğu, həmçinin inkişaf, innovasiya, əməkdaşlıq, səmimiyyət və şəffaflıq kimi dəyərlərin əsas götürüldüyü bir mühitdə işləmək istəyirsinizsə, aşağıdakı vəzifə təfərrüatlarına baxın və müraciət edin!
Əgər siz inandırmaq və təsir göstərmək bacarığınıza güvənirsinizsə, müştəriyönümlü işə üstünlük verir və daim yeni biliklərə maraqlı qalmağı bacarırsınızsa, bu vəzifə tam sizə görədir!
Vəzifə öhdəlikləri:
Otokoç Azərbaycanda Sürücü üzrə vəzifəniz avtomobillərin təhvil verilməsi, qeydiyyatı və bölgüsünün həyata keçirilməsinə dəstək vermək, həmçinin müştəri tələblərini qarşılamaqla onların məmnunluğunu təmin etmək olacaq.
Bu vəzifə üçün motivasiyalı, dinamik və məsuliyyətli komanda üzvləri axtarılır.
Tələb olunan ixtisas və bacarıqlar:
- Ən azı orta ixtisas (kollec) təhsili,
- “B” ve "D" kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük bacarığı,
- İngilis dilində sərbəst danışıq,
- Avtomobil icarəsi sahəsində karyera qurmaq istəyi üstünlük sayılır,
- MS Office proqramlarında bacarıqlı,
- Güclü ünsiyyət və təmsilçilik bacarığı,
- Yüksək inandırma qabiliyyəti.
Bizim təklif etdiyimiz üstünlüklər:
- özəl səhiyyə sığortası,
- Yemək və Servis Xidməti (Yemək Çeki və ya Yeməkxana)
İşə qəbul prosesi necə aparılır?
İşə qəbul mərhələlərimiz aşağıdakı kimidir (müddət vəzifədən asılı olaraq dəyişə bilər):
- Müraciət,
- İlkin qiymətləndirmə,
- Telefon və üzbəüz/onlayn müsahibə,
- İnventar mərhələsi,
- Tövsiyə (referans) yoxlaması.
Prosessin sonunda vəzifəyə uyğunluğunuz barədə sizə məlumat veriləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.