Öhdəliklər:
- Satış, xərclər və istehsal göstəricilərini təhlil etmək;
- Məhsul çeşidi üzrə gəlirlilik və tələb proqnozları hazırlamaq;
- Müştəri davranışları və bazar tendensiyalarını araşdırmaq;
- Rəqəmsal və fiziki satış kanallarından məlumat toplamaq və hesabat hazırlamaq;
- İdarə heyətinə dövri analitik hesabatlar təqdim etmək;
- Qiymət formalaşdırılmasında və marketinq qərarlarında dəstək vermək.
İş şəraiti:
- İş yeri: Balaxanı Sənaye Kompleksi (OVEN FOOD BAKERY MMC)
- İş qrafiki: Həftənin 6 günü (bazar istirahət)
- İs saatı: 08:30-16:30
- Əmək haqqı: Müsahibə zamanı
Namizədə aid tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznes, Maliyyə və ya Analitika sahəsində üstünlük verilir);
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- MS Excel və digər analitik alətlərlə (Power BI, Google Data Studio və s.) işləmə bacarığı;
- Məlumatları vizuallaşdırma və təqdimetmə qabiliyyəti;
- Statistik biliklər və proqnozlama metodları barədə anlayış;
- Komandada işləmək və vaxtında nəticə vermək bacarığı;
- Ərzaq və ya pərakəndə satış sahəsində təcrübə (üstünlükdür).
Üstünlüklər:
- Şirniyyat, qida və ya FMCG sektorunda iş təcrübəsi;
- Müştəri seqmentasiyası və bazar araşdırması aparmaq bacarığı;
- SQL və ya digər verilənlər bazası proqramları ilə işləmə bilikləri.
Qeyd
- Xahiş edirik Elanı diqqətlə oxuyun. Elanı sona qədər oxuyun sonra zəng edin və ya CV göndərin.! Əgər vakansiyaya uyğun gəlirsinizsə əlaqə saxlayın.
- Maraqlanan şəxslər qeyd olunan nömrə ilə yalnız saat 09:00 – 18:00 –dək əlaqə saxlaya bilərlər, və yaxud qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiya üzrə cv-lər “Analitik planlama meneceri” qeyd edilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə və ya 050 256 01 03 (yalnız zəng) və 051 547 93 42 (yalnız wp)