Vəzifə öhdəlikləri:
- Mövcud vakansiyaları təhlil etmək, iş elanları hazırlayıb saytlarda işıqlandırmaq;
- Daxil olan CV-ləri müəyyən olunmuş meyarlara əsasən nəzərdən keçirilməsi;
- İlkin müsahibələrin təşkili və keçirilməsi;
- İşdən azad olunan əməkdaşların son haqq-hesab ödənişlərinin həyata keçirilməsi;
- İş vaxtının rejimi üzrə qrafiklərin Qanunvericiliyin tələblərinə uyğun olaraq effektiv formada qurulması və idarə edilməsi;
- İşçilərin davamiyyəti uçotu cədvəlinin (table) tərtib edilməsi;
- İllik məzuniyyət qrafikinə əsasən məzuniyyətlərin elektron sistemdə qeydiyyata alınması və təsdiqlənməsi;
- İşdən çıxan işçilərin şəxsi işlərinin arxivlənməsi, işçilərlə çıxış müsahibəsinin aparılması;
- İcbari sığorta müqavilələrinin bağlanması və əlavələr edilməsi ilə bağlı sistemdə əməliyyatların aparılması;
- ƏMAS sistemində əməliyyatların (işə qəbul, yerdəyişmə, xitam) icra edilməsi;
- İşçilərin şəxsi işlərinin yenilənməsi və dəyişikliklərin müntəzəm olaraq aparılması;
- Məlumat bazasının mütəmadi yenilənməsi;
- E-gov portalında əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müvafiq əməliyyatların və hesablamaların hazırlanması;
- Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması;
- Kadr ehtiyat bazasının yaradılması və yenilənməsi;
- Rəhbərliyə həftəlik və aylıq hesabatların təqdim edilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır)
- İnsan Resursları haqda nəzəri və praktiki biliyə sahib olması;
- MS Office proqramı üzrə biliklər (xüsusilə Ourlook, Word və Excel bilikləri)
- Azərbaycan dili əla, ingilis dili biliyi yaxşı səviyyədə bilməli;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
- İşlərini planlaşdırma bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması;
- Dəqiqlik, detallara qarşı diqqətlilik;
- Problem həll etmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: I-VI günlər;
- Əmək haqqı: 1300-1500 AZN
- Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir.
- Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
- Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə baş mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.