Oven Food Bakery Oven Food Bakery

Keyfiyyətə nəzarət mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarət mütəxəssisi

  • Deadline 1 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Öhdəliklər:

  • İstehsal proseslərinə nəzarət edilməsini təmin edir, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanmasını və sahədə qeydiyyatların zamanında icrasını təmin etmək;
  • Növbəli və günlük istehsala dair iş saatının sonunda hesabat hazırlamaq və rəhbərə təqdim etmək;
  • Nəzarət etdiyi fəaliyyətlərin, işlərin plan üzrə (Sanitar-gigiyena, Keyfiyyət-təhlükəsizlik, HACCP, Texniki baxış, zərərvericilərlə mübarizə və s. planlar) icrasına nəzarət etmək;
  • Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblərə, həmçinin bu sahədə digər beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Nəzarət etdiyi sahədə keyfiyyət-təhlükəsizlik, sanitar-gigiyena, təhlükə analizi və kritik nəzarət nöqtələrinə dair planları hazırlamaq;
  • Məhsulun qanunvericiliyə (gərəkli hallarda digər normativ sənəd və standartlara) uyğun texniki mətnin hazırlanmasında iştirak etmək, təsdiq üçün daxil olan markalanma yoxlanışı və təsdiqi sorğularını cavabalandırmaq;
  • Məhsullar üçün keyfiyyət vəsiqələrini hazırlamaq və lazımi hallarda müştəriyə təqdim etmək;
  • Nəzarət etdiyi sahədə istehsal prosesinə nəzarəti həyata keçirir, markalanma (məhsulların tərkibi, xüsusiyyətlərinin özəlliyi, saxlama müddəti və şəraitinə uyğunluğu) və qablaşdırma proseslərinin tələblərə uyğunluğuna nəzarəti həyata keçirmək;
  • İstehsal zamanı uygunsuz çıxan məhsulların bloke edilməsi, sonrakı gedişatın izlənilməsi, utilizasiya proseslərində iştirak etmək;

 

İş şəraiti:

İş yeri: Balaxanı Sənaye Kompleksi (OVEN FOOD BAKERY MMC)

İş qrafiki: Həftənin 5 günü (Şənbə bazar istirahət)

İs saatı: 08:30-17:30

Koroğlu metrosundan servis

Əmək haqqı – 600 AZN

 

Namizədə aid tələblər:

  • Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.
  • İSO 9001-2015 (keyfiyyətin idarəetmə sistemi) standartına uyğun istehsal prosesinə nəzarət.
  • Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.
  • Stresli iş şəraitində işləmə bacarığı.
  • Ofis proqramlarında (word, excel və s.) sərbəst işləmək.
  • Növbəli iş qrafikində işləmək bacarığı.
  • Təhsil: Ali (Qida sənayesi üzrə üstünlükdür); 
  • İş təcrübəsi: Qida və qənnadı istehsalı sahəsində keyfiyyət mütəxəssisi olaraq 1 ildən 3 ilə kimi təcrübə;

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçta göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

Əlaqə nömrələri: 

(051) 547-93-42 (wp)

(050) 256-01-40 (zəng)

  • Daily0
  • Weekly351
  • Monthly1989