Oven Food Bakery Oven Food Bakery
  • 378
Oven Food Bakery

Oven Food Bakery

Food Products

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 3 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun aparılması və gündəlik əməliyyatların işlənilməsi;
  • Bank əməliyyatları, kassa sənədlərinin tərtibi və əmək haqqının hesablanması;
  • Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
  • Anbar qalıqlarının uçotunun aparılması;
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
  • Məhsul resepturalarının sistemə daxil edilməsi;
  • İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
  • İstehsal və satış üzrə itki aktlarının hazırlanması;
  • Sistem ilə istehsalın üzləşdirilməsi;
  • Aylıq hesabatların hazırlanması;
  • İstehsal üzrə bütün növ muhasibat əməliyyatlarının LOGO proqram təminatına daxil edilməsi;
  • İstehsal proseslərinə nəzarət edilməsini təmini, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanması və sahədə qeydiyyatların zamanında icrasının təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.

Namizədə olan tələblər:

  • Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat, Menecement)
  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dili (rus və ingilis dili üstünlükdür);
  • LOGO proqram təminatını və ya 1C proqramını bilməli;
  • Microsoft Office proqramlarını, əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

İş şəraiti  

  • İş qrafiki: I-VI günlər;
  • Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq
  • Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
  • Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “mühasib” qeyd edərək Müraciət Et düyməsində elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Daily26
  • Weekly665
  • Monthly545