P Padel Club MMC
  • 461

Padel Club MMC

Digər

Baş mühasib (Adidas Padel Club)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib (Adidas Padel Club)

  • Deadline 10 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Öhdəliklər:

  • Cari xərclərin düzgünlüyünü yoxlamaq və təsdiq etmək;
  • Maya dəyərinin analizi və faktiki göstəricilərlə müqayisədə kənarlaşmaların müəyyən edilməsi;
  • Malların giriş-çıxış sənədlərinin (qaimələr, sifariş formaları, qalıq aktları və s.) düzgün tərtibinə və maliyyə sistemində tam əks olunmasına nəzarət etmək;
  • Anbar xərclərinin (logistika, saxlama, itki və s.) izlənməsi və aylıq hesabatlarının hazırlanması;
  • Qəfil yoxlamalar zamanı rəhbərliyə dəqiq və aktual məlumat təqdim etmək;
  • İdxal olunan məhsullar üzrə bütün gömrük bəyannamələrinin düzgünlüyünü yoxlamaq və təsdiq etmək;
  • Gömrük rəsmiləşdirilməsi zamanı aksiz markalarının, aksiz vergilərinin və əlavə dəyər vergisinin (ƏDV) düzgün hesablanmasını və ödənilməsini təmin etmək;
  • Gömrük brokeri və logistika tərəfdaşları ilə əməkdaşlığı idarə etmək, təqdim edilən sənədlərin qanunvericiliyə uyğunluğunu izləmək;
  • Gömrük bəyannamələrində göstərilən mal kodlarının (HS kodları) düzgünlüyünü yoxlamaq və risklərin qarşısını almaq;
  • Gömrük orqanları ilə yazışmalar və yoxlamalar zamanı şirkəti maliyyə-hüquqi baxımdan təmsil etmək, tələb olunan sənədlərin vaxtında təqdim olunmasını təşkil etmək;                                                                                                                    
  • Gömrük əməliyyatları və idxal sənədlərinin (bəyannamə, invoice, packing list, sertifikatlar və s.) maliyyə sisteminə düzgün və vaxtında daxil edilməsini təmin etmək;                                 
  • İdxal proseslərində təxirəsalınmaz ödənişlər (dövlət rüsumları, gömrük ödənişləri, aksizlər və s.) üçün maliyyə vəsaitlərinin əvvəlcədən planlaşdırılmasına nəzarət etmək;                  
  • Gömrük qanunvericiliyində dəyişiklikləri izləmək və rəhbərliyi yeni risklər və tələblər barədə vaxtında məlumatlandırmaq.
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının (DSMf, Statistika, Vergilər, ÖMV və digər rəsmi orqanlara təqdim edilən hesabatlar) hazırlanması və qanunvericiliyə uyğun şəkildə təqdim olunmasını təmin etmək;
  • Vergi Məcəlləsinə uyğun olaraq ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər ödənişlərin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət etmək;
  • Mühasibat uçotu sənədlərinin qanunvericilik və daxili siyasətlərə uyğun aparılmasını təmin etmək, audit yoxlamaları zamanı zəruri məlumatları təqdim etmək;
  • Rüblük və illik bağlanış proseslərini idarə etmək, balans və mənfəət-zərər hesabatlarının hazırlanmasını təmin etmək;
  • DSMF və ÖMV üzrə bütün əməliyyatların (əməkhaqqı, məzuniyyət, müavinət və s.) düzgün uçotunun aparılmasına nəzarət etmək.
  • 1 C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
  • Yerli və xairici ödənişlərin həyəta keçirilmək
  • Avans ödənişləri və onların YGB ilə bəyan etmək
  • Xarici şirkətlərlə üzləşmələrin aparmaq
  • EMAS və İSB portallarında əməliyyatların həyata keçirilməsi;
  • Əmək Məcəlləsinə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad olunması, yerdəyişməsi, vəzifədə irəliləməsi; əməkdaşların şəxsi işlərinin hazırlanması; elektron əmək müqavilələrinin təsdiqlənməsinə nəzarət;
  • Əməkdaşların məzuniyyət uçotunun aparılması və məzuniyyət qrafikinə riayət olunmasına nəzarət;
  • Bütün növ kadr əmrlərinin hazırlanması;
  • Bütün vəzifələr üzrə əməkdaşların vəzifə təlimatlarının hazırlanması, təsdiqi və onlarla tanış edilməsi;
  • Əmək Məcəlləsinə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad olunması, yerdəyişməsi, vəzifədə irəliləməsi; əməkdaşların şəxsi işlərinin hazırlanması; elektron əmək müqavilələrinin təsdiqlənməsinə nəzarət;

Tələblər olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat üzrə);
  • Minimum 3-5 il baş mühasib vəzifəsində iş təcrübəsi 
  • PMS sertifikatının olması 
  • Azərbaycan Respublikasının vergi və mühasibat uçotunu mükəmməl bilmək;
  • "1C 8.3", MS Excel və digər mühasibatlıq proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik, və hesabatlılıq bacarığı;

İş barədə məlumat:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq, işə qəbul 
  • İş rejimi: Həftənin 5 günü 
  • Korporativ nömrə
  • İş saatı: 09:00-dan - 18:00-dək
  • Əmək haqqı – razılaşma yolu ilə

Marqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly227
  • Monthly1243