P Palazzo Del Mare
  • 643

Palazzo Del Mare

Construction

QA/QC Engineer – Fit-out

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

QA/QC Engineer – Fit-out

  • Deadline 22 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hal-hazırda Bakı şəhərində həyata keçirilən tikinti layihəmiz üçün Fit-out (incə işlər) üzrə QA/QC mühəndisi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Fit-out (incə işlər: alçıpan, boyaq, döşəmə, tavan sistemləri, bəzək materialları və s.) işlərinin layihə, spesifikasiya və beynəlxalq standartlara uyğun icrasına nəzarət etmək;
  • Tikinti keyfiyyət planını (QCP), inspeksiya və test planlarını (ITP) hazırlamaq və icrasına nəzarət etmək;
  • İşlərin mərhələli şəkildə qəbulunu həyata keçirmək, “checklist” və aktlar tərtib etmək;
  • Uyğunsuzluqları müəyyənləşdirmək, “Non-Conformance Report” (NCR) hazırlamaq və aradan qaldırılması üzrə təkliflər vermək;
  • Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət etmək və gündəlik hesabatlar aparmaq;
  • Materialların qəbulunda keyfiyyət yoxlaması və sertifikatların tələb edilməsi;
  • Müştəri, layihəçi və nəzarət orqanları ilə texniki məsələlərin həllində iştirak etmək;
  • Görülən işlərin foto və yazılı sənədləşməsini təmin etmək;
  • İşlərin HSE (Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları) tələblərinə uyğunluğunu izləmək.

Namizədə tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahələr üzrə);
  • Minimum 3-5 il tikinti sahəsində iş təcrübəsi (fit-out / incə işlər üzrə təcrübə üstünlükdür);
  • Beynəlxalq keyfiyyət standartları (ISO 9001 və s.) üzrə biliklər;
  • AutoCAD, MS Office və digər mühəndis proqramlarında işləmə bacarığı;
  • Oxşar vəzifədə QA/QC sənədləşməsi (QCP, ITP, Method Statement və s.) üzrə praktiki təcrübə;
  • Güclü təşkilatçılıq, detala diqqət və analitik düşüncə bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dili biliyi üstünlükdür.

Şirkət təklif edir:

  • Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə zamanı müəyyən olunacaq);
  • Böyükmiqyaslı layihələrdə beynəlxalq komanda ilə iş təcrübəsi;
  • Daimi peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Rahat və təhlükəsiz iş mühiti.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-ni “QA/QC Engineer – Fit-out” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily25
  • Weekly606
  • Monthly1855