Hal-hazırda Bakı şəhərində həyata keçirilən tikinti layihəmiz üçün Fit-out (incə işlər) üzrə QA/QC mühəndisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Fit-out (incə işlər: alçıpan, boyaq, döşəmə, tavan sistemləri, bəzək materialları və s.) işlərinin layihə, spesifikasiya və beynəlxalq standartlara uyğun icrasına nəzarət etmək;
- Tikinti keyfiyyət planını (QCP), inspeksiya və test planlarını (ITP) hazırlamaq və icrasına nəzarət etmək;
- İşlərin mərhələli şəkildə qəbulunu həyata keçirmək, “checklist” və aktlar tərtib etmək;
- Uyğunsuzluqları müəyyənləşdirmək, “Non-Conformance Report” (NCR) hazırlamaq və aradan qaldırılması üzrə təkliflər vermək;
- Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət etmək və gündəlik hesabatlar aparmaq;
- Materialların qəbulunda keyfiyyət yoxlaması və sertifikatların tələb edilməsi;
- Müştəri, layihəçi və nəzarət orqanları ilə texniki məsələlərin həllində iştirak etmək;
- Görülən işlərin foto və yazılı sənədləşməsini təmin etmək;
- İşlərin HSE (Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları) tələblərinə uyğunluğunu izləmək.
Namizədə tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahələr üzrə);
- Minimum 3-5 il tikinti sahəsində iş təcrübəsi (fit-out / incə işlər üzrə təcrübə üstünlükdür);
- Beynəlxalq keyfiyyət standartları (ISO 9001 və s.) üzrə biliklər;
- AutoCAD, MS Office və digər mühəndis proqramlarında işləmə bacarığı;
- Oxşar vəzifədə QA/QC sənədləşməsi (QCP, ITP, Method Statement və s.) üzrə praktiki təcrübə;
- Güclü təşkilatçılıq, detala diqqət və analitik düşüncə bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dili biliyi üstünlükdür.
Şirkət təklif edir:
- Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə zamanı müəyyən olunacaq);
- Böyükmiqyaslı layihələrdə beynəlxalq komanda ilə iş təcrübəsi;
- Daimi peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Rahat və təhlükəsiz iş mühiti.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-ni “QA/QC Engineer – Fit-out” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.