İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir;
- İş rejimi: 6 günlük, Həftə içi saat 09:00-18:00, Şənbə günü saat 10:00-16:00, İstirahət günü - Bazar;
- İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
Vəzifə öhdəlikləri:
- Pul vasitələrinin, əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirir.
- Maliyyə itkilərinin əmələgəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onların aradan qaldırılması üçün təkliflər hazırlayır.
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vasitələrinin ayrılmasını, vercilərin, ödənişlərin, eləcə də iqtisadi maraqlandırma fonduna və digər fondlara vəsaitin köçürülməsini həyata keçirir.
- Əsas vəsaitlərin alınması və silinməsi, az qiymətli inventarın istismara buraxılması, onların yerdəyişməsi (bir sahədən digərinə), satışı və ya ləğvi üzrə sənədləri tərtib edir, uçotunu aparır.
- Xammal, əsas və köməkçi materialların, komplektləşdirici məmulatların, qablaşdırma vasitələrinin, yanacaq, ehtiyat hissələrin qeydiyyatını aparır, mühasibat uçotu hesablarında onların daxil olmasını, sərfini və hərəkətrini göstərir və nəzarət edir;
- Əmtəə-maddi sərvətlərin tədarükü və realizasiyası üzrə başqa təşkilatlarla hesablamaların qarşılıqlı yoxlanmasını həyata keçirir.
- Müəyyən olunmuş normalara uyğun olaraq amortizasiya ayırmalarını hesablayır və bunu mühasibat uçotunda əks etdirir.
- Əsas vəsaitlərin köhnəlmə dərəcəsinin uçotunu aparır, silinmiş vəsaitlər üzrə məbləğini təyin edir, həmçinin tam ammortizasiya olunmamış vəsaitin silinməsindən əmələ gələn itkini hesablayır.
- İcarəyə götürülmüş əsas vəsaitlərin uçotunu aparır.
- Şirkətə daxil olan xammal-material, dəstləşdirici məmulatların anbara qəbulunun və onların sərfinin vaxtında düzgün tərtib olunmasına nəzarət edir və malgöndərən müəssisələrə malların sayının düzgün olmaması, zay mallar, tam dəstləşdirilməmiş məmulatlar barədə məlumat verir, irad və təklifləri hazırlayır və göndərir.
- Əmtəə-maddi sərvətlərlə üzrə əməliyyatlar aparılarkən debitor və kreditor borclarının alınması və bağlanması üzləşmə işlərini görür.
Tələblər:
- Təhsil: Ali təhsil (maliyyə-muhasibatlıq sahəsi üzrə);
- Mаliyyə sаhəsi üzrə 5 (beş) ildən аz оlmаyаrаq iş təcrübəsi;
- Beynəlxalq maliyyə standartlarını bilmək: ACCA, AFCA, CIMA, PMS sertifikatları üstünlükdür;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Mühasib” başlığı qeyd edərək elektron ünvanımıza göndərmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri., Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46B