İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə zamanı təyin ediləcəkdir;
- İş rejimi: 6 günlük, Həftə içi saat 08:00-17:00, Şənbə günü saat 09:00-15:00, İstirahət günü - Bazar;
- İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
- Ünvan: Bakı şəhəri., Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46B
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş qaydalara əsasən gündəlik olaraq ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək;
- Ofisin mətbəx, sanitar qovşaqların və otaqların səliqəli və təmiz olmağını təmin etmək;
- Mətbəxdə istifadə edilən qab-qacaqları yumaq;
- Şirkət tərəfindən verilən təmizlik vasitələrindən əlverişli istifadə etmək;
- Şirkət rəhbərlərinə çay süzmək;
- İş vaxtı ərzində təmizliyin davamlılığını təmin etmək;
- Şirkətin rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək.
Tələblər:
- Təmizlik sahəsi üzrə təcrübəli olmaq;
- Təmizkar və səliqəli olmaq;
- İşində ciddi və məsuliyyətli olmaq;
- Təmizləyici vasitələrdən düzgün istifadə qaydasını bilmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xadimə” başlığı qeyd edərək Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur.