Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Ən yaxşı inqrediyentlərdən istifadə edərək “Ən yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələri üçün “Baş mühasib” vakansiyası elan edir:
Tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır;
- Baş mühasib olaraq minimum 5 il iş təcrübəsi;
- Azərbaycan əla, rus və ingilis dili arzuolunandır;
- 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
Öhdəliklər:
- Qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək.
- Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
- Rəsmi hesabatların (Mərkəzi Bank, Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
- Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək.
İş Şərtləri:
- Ə/H namizədin təcrübəsinə əsasən təyin ediləcəkdir.
- 5 günlük iş həftəsi.
- Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
- İş yeri şəhərin mərkəzində yerləşir.
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Baş mühasib” mövzusu altında elekton poçt ünvanına göndərə bilərlər.