Papa John’s Azərbaycan Papa John’s Azərbaycan
  • 439

Kreativ Menecer (Creative Manager)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kreativ Menecer (Creative Manager)

  • Deadline 13 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Ali təhsil;
  • Marketinq, dizayn və ya brend sahəsində minimum 3 il iş təcrübəsi;
  • Kreativ komandaların idarə olunmasında təcrübə üstünlükdür;
  • Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
  • Qrafik dizayn proqramlarını (Adobe Creative Suite, Figma və s.) bilmək;
  • Rəqəmsal marketinq və SMM sahəsində təcrübə;
  • Qida sektoru ilə bağlı anlayışının olması üstünlükdür;
  • Kreativ düşüncə və strateji yanaşma qabiliyyəti;
  • Müxtəlif tapşırıqları icra etmə bacarığı və yüksək məsuliyyət;
  • Süni intellekt (AI) alətlərindən (Midjourney, DALL·E, ChatGPT, Canva və s.) istifadə bacarığı və onların yaradıcı proseslərdə tətbiqi.

Öhdəliklər:

  • Kreativ komandanın (dizaynerlər, SMM, R&D) idarə olunması və işlərinin koordinasiyası;
  • Brendlərin vizual və kontent strategiyasının hazırlanması və icrası;
  • Reklam materialları, brendin vizual identifikasiyası və satış nöqtələrinin dizaynını idarə etmək;
  • SMM komandası ilə birlikdə sosial media kampaniyalarının hazırlanması və icrası;
  • R&D ilə əməkdaşlıq edərək yeni məhsul və menyuların yaradılmasında iştirak;
  • Şirkətin məxsus brendlərin  imicinin qorunmasına və inkişafına nəzarət;
  • Rəqiblərin təhlili, bazar araşdırmalarının aparılması və yeni tendensiyaların izlənməsi;
  • Reklam kampaniyalarının (YouTube, Google, Facebook, Instagram, LinkedIn) yerləşdirilməsinə nəzarət;
  • Süni intellekt alətlərindən istifadə edərək dizayn və kontent yaradılmasının optimallaşdırılması;
  • Marketinq və yaradıcı layihələrin effektiv icrasını təmin etmək.

İş şərtləri:

  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
  • 5 günlük iş həftəsi;
  • İş saatı: 10:00-19:00;
  • Rabitə xərclərinin şirkət tərəfindən ödənilməsi;
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun həyata keçirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Kreativ Menecer” mövzusu ilə elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly261
  • Monthly1529